...

Xətai rayonunda 3 otaqlı mənzildə yanğın olub, 5 nəfər təxliyə olunub

Hadisə Materials 5 Noyabr 2018 22:30 (UTC +04:00)
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan 3 otaqlı mənzilin 1 otağında 15 m² sahədə ev əşyaları və 2 ədəd məişət avandanlığı yanıb.
Xətai rayonunda 3 otaqlı mənzildə yanğın olub, 5 nəfər təxliyə olunub

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan 3 otaqlı mənzilin 1 otağında 15 m² sahədə ev əşyaları və 2 ədəd məişət avandanlığı yanıb.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti