Bakı. Trend:
Siyəzəndə yolu keçən qadını avtomobil vuraraq öldürüb.
DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 3-də saat 22 radələrində Siyəzən rayonu ərazisində Şabran şəhər sakini Əhməd Səttarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik məlum deyil.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.