...

Avtobus aşdı: 3 ölü, 8 yaralı

Hadisə Materials 3 Yanvar 2019 15:19 (UTC +04:00)
Bu gün saat 12:15 radələrində İranın Savə-Həmədan avtomagistralının 40-cı kilometrliyində avtobus yol kənarındakı maneəyə çırpılaraq aşıb.
Avtobus aşdı: 3 ölü, 8 yaralı

Bakı. Elnur Bağışov - Trend:

Bu gün saat 12:15 radələrində İranın Savə-Həmədan avtomagistralının 40-cı kilometrliyində avtobus yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Trend-in məlumatına görə, bunu İranın Mərkəzi vilayəti yol polisinin rəisi polkovnik İrəc Kəhrizi deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub. 8 sərnişin isə yaralanıb.

Kəhrizi yaralıların xəstəxanalara yerləşdirildiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İranın bir neçə vilayətində qar və yağışlar səbəbindən qəzaların sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti