...

Sabirabad və Kürdəmir sakinlərindən qanunsuz silah-sursat götürülüb

Hadisə Materials 12 Yanvar 2019 15:23 (UTC +04:00)
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Sabirabad və Kürdəmir sakinlərindən qanunsuz silah-sursat götürülüb

Bakı. Trend:

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovdan “İJ-12”, Rüstəm Rəhimovdan isə “İJ-43” markalı ov tüfəngləri götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti