...

“Lifttəmir” İstehsalat Birliyində yoxlamalarla bağlı RƏSMİ AÇIQLAMA

Hadisə Materials 15 Yanvar 2019 11:18 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar davam edir.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu cinayət barədə iki istiqamətdə araşdırma gedir:

"Maliyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğu Lift İdarəsinin fəaliyyətini yoxlayır, faktla bağlı cinayət işinin istintaqı aparılır".

Kamran Əliyev qeyd edib ki, istintaq başa çatandan sonra ictimaiyyətə açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti