...

Hava Limanında üzərində bir kq-dan artıq narkotik gəzdirən şəxs tutulub

Hadisə Materials 1 Fevral 2019 11:15 (UTC +04:00)
Hava Limanında üzərində bir kq-dan artıq narkotik gəzdirən şəxs tutulub
Hava Limanında üzərində bir kq-dan artıq narkotik gəzdirən şəxs tutulub

Bakı. Trend:

Hava Limanında üzərində bir kq-dan artıq narkotik gəzdirən şəxs tutulub.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 31-də saat 7 radələrində Beynəlxalq Hava Limanının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Culfa rayon sakini İ.Ələsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 1 kiloqram 34 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti