...

Bakıda bacısını bıçaqlayan şəxsə 2 il cəza verildi

Hadisə Materials 11 Mart 2019 14:03 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirləndirilən Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıda bacısını bıçaqlayan şəxsə 2 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirləndirilən Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Məmmədov 2 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Ə.Əhmədova qısqanclıq zəminində qardaşı N.Məmmədov tərəfindən bıçaqlanıb. N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti