Bakı. Samir Əli - Trend:
Göyçagda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Trend-in məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1969-cu il təvəllüdlü Qəribov Rafiq Əlağa oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.