...

Qazaxıstanda ağır yol qəzası baş verib: 9 ölü

Hadisə Materials 13 May 2019 08:16 (UTC +04:00)
Qazaxıstanın Almatı vilayətində iki minik avtomobili toqquşub
Qazaxıstanda ağır yol qəzası baş verib: 9 ölü

Bakı. Trend:

Qazaxıstanın Almatı vilayətində iki minik avtomobili toqquşub.

Trend-in məlumatına görə, Almatı-Bişkek avtomobil yolunun 109-cu kilometrində baş verən toqquşma nəticəsində 3-ü qadın olmaqla 9 nəfər həlak olub.

Bildirilir ki, həlak olanlar Almatı, Çimkənd şəhərlərinin, Türküstan və Almatı vilayətlərinin sakinləri olub.

Məlumata əsasən, "Lada" avtomobilinin sürücüsü idarəetməni itirərək qarşıdan gələn avtomobilə çırpılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti