...

Göygöldə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Hadisə Materials 16 May 2019 14:03 (UTC +04:00)
Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Göygöldə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 15-də saat 5 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Xəqani kənd sakini N.Şahmalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Qərənfil Qədirovanı vurub və nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti