...

İH: Zaqatalada külək fəsadlar törətdi - İstinad divarları uçuldu (FOTO/VİDEO)

Hadisə Materials 20 May 2019 09:57 (UTC +04:00)
Zaqatalada yağış və külək evlərin damını və istinad divarlarını uçurub, maşınlara ziyan dəyib
İH: Zaqatalada külək fəsadlar törətdi - İstinad divarları uçuldu (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Zaqatalada yağış və külək evlərin damını və istinad divarlarını uçurub, maşınlara ziyan dəyib.

Bu barədə Trend-ə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Xəqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda Rayon Fövqəladə Hallar Komisiyyası iclas keçirir və dəymiş ziyan araşdırılır:

“Ötən gün saat 22:30-dan hökm sürən sərt hava şəraiti rayon və ətraf kəndlərdə fəsadlar törədib. İlkin məlumata görə, yağan güclü yağış və əsən külək irigövdəli ağacları aşırıb. Bununla yanaşı, külək yaşayış evlərinin damını uçurub, istinad divarlarını aşırıb və həyətyanı sahədə olan maşınlara da ziyan dəyib”.

İcra rəsmisi, həmçinin qeyd edib ki, rayona düşən dolu da bəzi fəsadlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti