...

Moskvada "Kutuzoff Tower" biznes mərkəzi yanır

Hadisə Materials 21 May 2019 14:06 (UTC +04:00)
Moskvada biznes mərkəzlərin birində yanğın başlayıb.
Moskvada "Kutuzoff Tower" biznes mərkəzi yanır

Bakı. Trend:

Moskvada biznes mərkəzlərin birində yanğın başlayıb.

Trend-in məlumatına görə, yanğın "Kutuzoff Tower"də 19-cu mərtəbədə baş verib.

Yanğından dərhal sonra 700 nəfər təxliyə olunub. Yanğına səbəb olaraq kondisionerin alışması göstərilir.

Hazırda hadisə yeri mühasirəyə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti