...

Şəmkirdə içərisində 2 azyaşlı olan ev yanıb

Hadisə Materials 22 May 2019 13:37 (UTC +04:00)
Şəmkir rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Şəmkirdə içərisində 2 azyaşlı olan ev yanıb

Bakı. Trend:

Şəmkirdə yaşayış evi yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti