...

Şəkidə yanacaqdaşıyan maşın yanıb

Hadisə Materials 21 İyun 2019 14:45 (UTC +04:00)
Şəkidə yanacaqdaşıyan maşın yanıb
Şəkidə yanacaqdaşıyan maşın yanıb

Bakı. Trend:

Şəki şəhərində “Ruslan” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 25 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı boşaldılarkən avtomobilin nasosunda alışma baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə avtomobilin nasosu və ətrafa dağılan yanacaq 10 m² sahədə yanıb.

Avtomobilin qalan hissəsi, məntəqə ərazisində olan yanacaqla dolu yeraltı çənlər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti