...

BŞBPİ: 6 ayda Bakıda yol qəzalarında 77 nəfər ölüb

Hadisə Materials 10 İyul 2019 16:44 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində Bakıda 244 yol-nəqliyyat hadisəsi baş verib.
BŞBPİ: 6 ayda Bakıda yol qəzalarında 77 nəfər ölüb

Bakı. Samir Əli - Trend:

Bu ilin 6 ayı ərzində Bakıda 244 yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində idarənin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov deyib.

Rəis müavini bildirib ki, baş verən yol-nəqliyyat hadisələrində 77 nəfər ölüb, 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti