...

Bakıda avtomobil dayanacağında yanğın baş verib

Hadisə Materials 14 İyul 2019 20:05 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda avtomobil dayanacağında yanğın baş verib

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında “Nissan" markalı minik avtomobilinin 2 ədəd təkəri, mühərrik və salon hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin güzgüsü əriyib.

Hər iki avtomobilin qalan hissələri və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti