...

Masallıda 6 otaqlı ev yanıb

Hadisə Materials 18 İyul 2019 23:06 (UTC +04:00)
Masallı rayonunda yanğın hadisəsi baş verib
Masallıda 6 otaqlı ev yanıb

Bakı. Trend:

Masallı rayonunda yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, rayonun Böyük Xocavar kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli 6 otaqlı (tikintisi başa çatmayıb) evin yanar konstruksiyaları 70 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, bitişik, ümumi sahəsi 150 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan 6 m3 taxta materialı yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti