...

İranda 3 narkotik qaçaqmalçısı öldürüldü

Hadisə Materials 1 Avqust 2019 11:37 (UTC +04:00)
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində keçirilən əməliyyat nəticəsində 3 narkotik qaçaqmalçısı öldürülüb.
İranda 3 narkotik qaçaqmalçısı öldürüldü

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində keçirilən əməliyyat nəticəsində 3 narkotik qaçaqmalçısı öldürülüb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri polis informasiya agentliyinə açıqlamasında deyib.

M.Qənbərinin sözlərinə görə, narkotik qaçaqçılarla baş verən silahlı insidentdə bir qaçaqmalçı öldürülüb. Hadisə yerinə baxış keçirilərkən 832 kq tiryək, 4 ədəd Kalaşnikov avtomatı və bir ədəd Colt tapançası aşkarlanıb. Qalan qaçaqmalçılar bir avtomobillə hadisə yerindən qaçıblar.

Qənbəri əlavə edib ki, əməliyyatın davamında daha 2 qaçaqmalçı öldürülüb. Onların avtomobilinə baxış keçirilərkən 388 kq tiryək, 25 kq həşiş, 2 ədəd Kalaşnikov avtomatı aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti