...

Bakıda ana və 2 əkiz övladı dəm qazından zəhərləndi

Hadisə Materials 21 Noyabr 2019 09:40 (UTC +04:00)
Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Bakıda ana və 2 əkiz övladı dəm qazından zəhərləndi

Bakı. Samir Əli - Trend:

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 30-da baş verib.

Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti