...

Şəmkirdə 3 otaqlı ev yanıb

Hadisə Materials 16 Dekabr 2019 09:12 (UTC +04:00)
Şəmkirdə yanğın qeydə alınıb
Şəmkirdə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində ümumi sahəsi 270 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilən ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində 1 ədəd divan yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tikilinin qalan hissəsi, bitişik talvar və digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti