...

Oğuzda 5 otaqlı inzibati bina yanıb

Hadisə Materials 18 Yanvar 2020 09:50 (UTC +04:00)
Oğuzun Filfilli kəndində 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.
Oğuzda 5 otaqlı inzibati bina yanıb

Bakı. Trend:

Oğuz rayonunun Filfilli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti