...

Bakıda fərdi evdə yanğın olub

Hadisə Materials 16 Fevral 2020 21:18 (UTC +04:00)
Bakı şəhərinin Sabunçu rayonunda birmərtəbəli evdə yanğın baş verib
Bakıda fərdi evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 15 m² sahədə ev əşyaları yanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti