...

Yük maşını minik avtomobili ilə toqquşdu - FHN əməkdaşları qəza yerində (VİDEO)

Hadisə Materials 19 Fevral 2020 10:09 (UTC +04:00)
Abşeronda yol-nəqliyyat hadisəi baş verib.
Yük maşını minik avtomobili ilə toqquşdu - FHN əməkdaşları qəza yerində (VİDEO)

Bakı. Ceyhun ƏIəkbərov - Trend:

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Binəqədi-Mehdiabad yolunun Goradil kəndindən keçən hissəsində qeydə alınıb. Ötmə əməliyyatı yerinə yetirən 10-NO-500 dövlət nişanlı "Hyundai" markalı minik avtomobili qarşı yolda hərəkətdə olan 90-HJ-292 dövlət nömrəli "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisə yerinə yol patrul xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti