...

Qaxda 3 ton narkotik vasitə məhv edilib (FOTO)

Hadisə Materials 9 İyun 2020 10:29 (UTC +04:00)
Qaxda 3 ton narkotik vasitə məhv edilib (FOTO)

Bakı. Trend:

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Almalı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, ümumi çəkisi 3 ton olan 6200 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti