...

Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib (FOTO)

Hadisə Materials 12 İyun 2020 21:03 (UTC +04:00)
Sumqayıt şəhərində yaşayış binasında yanğın baş verib (FOTO)

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.

Trend-in məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsində baş verib. İkimərtəbəli taxtadan inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində olan mənzillərdən birində qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, yanğına səbəb qısaqapanma olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti