Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb (FOTO)

Bakı. Trend:
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Gürcüstan istiqamətindən gələn, 2 ədəd "Mercedes-Benz Actros" və 3 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb.
Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 5400 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri