...

Ağdamda yol qəzası nəticəsində mikroavtobus yanıb

Hadisə Materials 3 Noyabr 2020 03:37 (UTC +04:00)
Ağdamda yol qəzası nəticəsində mikroavtobus yanıb

Bakı. Trend:

Ağdam rayonunun Eyvazlı kəndində “VAZ” markalı minik avtomobili və "QAZel" markalı mikroavtobus toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə "QAZel" markalı mikroavtobusun yanacaq çəni yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti