...

Hindistanda buzlaq uçqununun altından 16 nəfər xilas edilib (YENİLƏNİB)

Hadisə Materials 7 Fevral 2021 19:25 (UTC +04:00)
Hindistanda buzlaq uçqununun altından 16 nəfər xilas edilib (YENİLƏNİB)

Bakı. Trend:

Hindistanın şimalında yerləşən Uttarkhand ştatında baş verən buzlaq uçqunu ərazisində qurtarma əməliyyatı zamanı ən az 16 işçi buz altiında qalan tuneldən xilas edilib.

Trend TASS-a istinadən xəbər verir ki, xilasedicilər itkin düşənlərin axtarışını davam etdirir.

"Təxminən 125 nəfərin itkin düşdüyünü ehtimal edirik. Say daha çox ola bilər", - Uttarakhand Baş naziri Trivendra Sinqx Ravat yerli telekanallara bildirib. Daha əvvəl 150 nəfərin itkin düşdüyü bildirilib. 10 nəfərin cəsədi uçqun altından çıxarılıb.

XXX

15:23

Hindistanın şimalında yerləşən Uttarkhand ştatında baş verən buzlaq uçqunu nəticəsində həlak olanlardan 10-nun cəsədi tapılıb.

Trend-in məlumatına görə, uçqun iki çayda daşqına səbəb olub.

Hadisə zamanı tikintisində 120 işçinin olduğu elektrik stansiyasına zərər dəyib.

Daha əvvəl fəlakət nəticəsində 150 nəfərin itkin düşdüyü bildirilir. Hazırda hadisə yerində 20 nəfərin tuneldə sağ qaldıqları ehtimal olunur. Xilasetmə işləri davam edir.

XXX

12:53

Hindistanda buzlağın uçması nəticəsində 150 nəfər itkin düşüb. Onların həlak olması ehtimal olunur.

Trend-in məlumatıəna görə, hadisə ölkənin şimalında, Uttarkhand ştatında baş verib.

Baş verən uçqun Dxauliqanq çayının daşqınına səbəb olub, çayda tikilən elektrik stansiyasına zərər dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti