Bakı. Trend:
Binəqədi rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 200 kv.m olan bir dam altında tikilən müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.