...

İranda kimyəvi zavodda partlayış baş verib, xəsarət alanlar var

Hadisə Materials 23 May 2021 11:03 (UTC +04:00)
İranda kimyəvi zavodda partlayış baş verib, xəsarət alanlar var

Bakı. Trend:

İranın İsfahan şəhərində kimyəvi preparatların və fişənglərin istehsalı ilə məğşul olan zavodda partlayış baş verib.

Trend-in İran KİV-lərinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində azı 9 nəfər xəsarət alıb.

"Kimya zavodunda baş verən partlayışın səbəbləri araşdırılır, yaralılardan doqquzu xəstəxanaya çatdırılıb" , - yerli təcili tibbi yardım mərkəzinin sözçüsü Abbas Abedin bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti