...

Sumqayıtda minik avtomobili yük maşınına çırpılıb

Hadisə Materials 5 Oktyabr 2021 08:08 (UTC +04:00)
Sumqayıtda minik avtomobili yük maşınına çırpılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində "LADA" markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti