...

Sumqayıtda mənzildən kişi meyiti tapılıb

Hadisə Materials 29 Noyabr 2021 08:44 (UTC +04:00)
Sumqayıtda mənzildən kişi meyiti tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti