Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 160 m² olan ikimərtəbəli (hər mərtəbəsi 80 m²) evin birinci mərtəbəsində divan-kreslo və döşəmə 2 m² sahədə qismən yanıb, yüksək temperaturdan plastikdən ibarət qapı-pəncərə əriyib.
FHN-dən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.