...

Xızıda evdən silah oğurlanıb

Hadisə Materials 25 İyul 2022 11:09 (UTC +04:00)
Xızıda evdən silah oğurlanıb

Bakı. Trend:

Xızıda evdən odlu silah oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə şəhər sakini Ə.Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu H.Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Ə.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti