...

Füzulidə silah-sursat aşkarlanıb (VİDEO)

Hadisə Materials 6 Oktyabr 2022 10:23 (UTC +04:00)
Füzulidə silah-sursat aşkarlanıb (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar ediblər.

Tapılan 6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası, 3853 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti