Bakı. Trend:
Laçının Zerti kəndi ərazisində silah-sursat aşkarlanıb.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Zerti kəndi ərazisində 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.