...

Sumqayıtda küçədə qadın kişini qətlə yetirdi

Hadisə Materials 30 Noyabr 2022 11:17 (UTC +04:00)
Sumqayıtda küçədə qadın kişini qətlə yetirdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda 46 yaşlı kişi qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən A.Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi 1975-ci il təvəllüdlü Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib.

XXX

11:03

Sumqayıtda 46 yaşlı kişi küçədə qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, hadisə noyabrın 30-da saat 10 radələrində Sumqayıt şəhəri Bağlar sahəsində baş verib. 1976-cı il təvəllüdlü Aydın Həsənovun bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti