...

Abşeronda yaşayış binasında yanğın olub

Hadisə Materials 3 Yanvar 2023 21:34 (UTC +04:00)
Abşeronda yaşayış binasında yanğın olub

Bakı. Trend:

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 43 m² olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti