...

Sumqayıtda baş verən qəzada 15 nəfər xəsarət alıb

Hadisə Materials 9 Mart 2023 08:56 (UTC +04:00)
Sumqayıtda baş verən qəzada 15 nəfər xəsarət alıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Sumqayıt şəhərində “Ford” markalı mikroavtobusun “DAF” markalı yük avtomobili ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Bu barədə Trend-ə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, xəsarət alanlardan 6 nəfər xəstəxanaya stasionar müalicəyə qəbul edilib, onlardan 2-sinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Eyni zamanda, 3 nəfərin acil şöbədə olduğu qeyd edilib.

Bildirilib ki, digər şəxslər ilkin tibbi yardım göstəriləndən sonra onlar evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti