Bakı. Trend:
Martın 17-də Böyükşor gölündə naməlum kişi meyitinin aşkar olunması ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Eyni zamanda, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.
Meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.