...

Tərtərdə məktəblilərin evlənmək məqsədilə qoşulub qaçması araşdırılır - Dövlət Komitəsi

Hadisə Materials 3 May 2023 16:44 (UTC +04:00)
Tərtərdə məktəblilərin evlənmək məqsədilə qoşulub qaçması araşdırılır - Dövlət Komitəsi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tərtərdə məktəblilərin evlənmək məqsədilə qoşulub qaçması araşdırılır.

Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, hadisə barədə məlumatlıdırlar.

"Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır", - deyə o qeyd edib.

Qeyd edək ki, Tərtər ayonunun Köçərli kəndində X sinif şagirdi olan oğlan həmkəndlisi, eyni məktəbin IX sinif şagirdini qaçırıb.

Yerli qurumlardan Trend-ə faktı təsdiq ediblər.

Qeyd olunub ki, hər iki nəfərin yetkinlik yaşına çatmamış olduğu üçün onların kimliyini açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti