...

Ağdamda intihar hadisəsi baş verib

Hadisə Materials 16 İyun 2023 01:20 (UTC +04:00)
Ağdamda intihar hadisəsi baş verib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda intihar hadisəsi baş verib. 23 yaşlı gənc özünə odlu silahdan atəş açaraq canına qəsd edib.

Trend-in məlumatına görə, hadisə rayonun Ergi qəsəbəsində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Behbudov Elgiz İsmayıl oğlu ov tüfəngi ilə özünə atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə, gənc Ağdam rayon xəstəxanadına çatdırılarkən yolda yaşamın itirib.

Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanıb. İntiharın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti