...

Qazax sakinində qumbara və narkotik aşkarlanıb (FOTO)

Hadisə Materials 17 İyun 2023 10:51 (UTC +04:00)
Qazax sakinində qumbara və narkotik aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qazax sakinində qumbara və narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd qumbara və onun alışdırıcısı və narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti