...

Naxçıvanda 17 yaşlı qız qətlə yetirilib

Hadisə Materials 18 İyun 2023 17:56 (UTC +04:00)
Naxçıvanda 17 yaşlı qız qətlə yetirilib

Bakı. Trend:

İyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti