...

Bakıda bıçaqlanma olub, bir nəfər ölüb

Hadisə Materials 28 İyun 2023 12:27 (UTC +04:00)

Bakı. Trend:

İyunun 28-i saat 01 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini əvvəllər məhkum olunmuş Zaur Nemətova bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaur Nemətov xəstəxanaya aparılarkən ölüb.

“Xəzər rayonu 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Məcidov tutularaq istintaqa təhvil verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti