...

Şəmkir su anbarında batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib (VİDEO)

Hadisə Materials 1 İyul 2023 18:35 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir su anbarında 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1993-cü il təvəllüdlü Nəsibov Əli Vaqif oğlu “Şəmkir” dalğıc-axtarış qurupunun dalğıcları tərəfindən xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti