Bakı. Trend:
Gəncə şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.