...

Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb

Hadisə Materials 29 Dekabr 2023 22:07 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənd rayonunda yük avtomobili aşıb, 44 yaşlı sürücü ölüb.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi "Hova" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili aşıb. Sürücü 1979-cu il təvəllüdlü A.Həsənov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Trend-ə faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti