Bakı. Trend:
Martın 16-da saat 14:30-da Zaqatala rayonu ərazisində 18 yaşlı gənc partlayış nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata göə, 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.