...

Lerikdə 11 nəfər zəhərlənib - TƏBİB

Hadisə Materials 27 Mart 2024 14:31 (UTC +04:00)
Lerikdə 11 nəfər zəhərlənib - TƏBİB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 06:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (5 kişi, 6 qadın olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onlardan 6-sı uşaq olub.

"Onların hər birindən analiz nümunələri götürülüb, zəruri ilk tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə evə buraxılıblar", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti